Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan

ساخت وبلاگ

Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan

 

Shehla(1)

Senet.az Bakı Slavyan Universitetinin dosenti Şəhla Əhmədova  “Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan” məqaləsini təqdim edir:

Cəlil Məmmədquluzadə məktəb illərindən həyatımıza daxil olan ədiblərdəndir. Yazıçılar haqqında işlədilən belə bir ifadəni oxuculara da şamil etmək olar ki, “biz hamımız Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan çıxmışıq”. O öz əsərlərində böyük mətləblərin bəzisini aşkar, bəzisini sətiraltı da olsa, çatdırmağa çalışmışdır. Bir epizodu xatırlayaq: Novruzəli poçt qutusunun qarşısında dayanıb   məktubu atıb-atmamaq barədə düşünür. Bu zaman bir rus qadın gəlib məktubu atır və gedir, daha sonra bir erməni uşaq hoppana-hoppana gəlib məktubu atıb gedir. Oxucu belə bir acı həqiqətlə üzləşir: bizim başıpapaqlımızın bacara bilmədiyini başqa millətin arvad-uşağı asanlıqla görür. Çox sevdiyim “Nigarançılıq” hekayəsi zahirən cansıxıcı, eyni söhbətlərin, eyni mətləblərin təkrarı kimi görünsə də, əslində, böyük bir bəlanın nümayişidir: “bu nigarançılıq yaman pis şeydir” qənaətindən uzağa gedə bilməyən bir toplumdan ümummilli, azadlıq, hüriyyət kimi ümumbəşəri məsələlər haqqında düşünməyi gözləmək əbəsdir. Deyilənlərə görə, Y.V.Çəmənzəminli Cəlil Məmmədquluzadəyə gileylənir ki, Mirzə, bu milləti avam, nadan hesab etmək yetər, novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan mədəniyyətləri var. Amma tutduğu yol ilə, yanaşması ilə Mirzə Cəlil “öz eyiblərini görən xalq böyükdür” fikrini bir daha təsdiq etmiş oldu.

ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 360 تاريخ : پنجشنبه 29 فروردين 1398 ساعت: 4:52