Məşəl (jurnal)

ساخت وبلاگ

Məşəl (jurnal)  

Vikipediya, açıq ensiklopediya

"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. 

Tarixi: 

1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur.  

Fəaliyyəti:

Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi.

"Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi:   Amerikanlar Sibiryanı oğurlayıb udduqda boğazlarında qaldığına görə qusmağa labüd qalmışdır. 

Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır. 
 

Şöbələri: 

"Məşəl" jurnalının aşağıdakı şöbələri var idi:
Teleqraf xəbərləri.
Azərbaycanda.
Mətbuat.
Sənətkarlar ittifaqında.
Bakı quberniyasında.
İran xəbərləri.
Ədəbiyyat.
Xüsusi elanlar.
 

ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 257 تاريخ : چهارشنبه 1 اسفند 1397 ساعت: 21:36