Formanın müqəddəs sirri - Mirzə Ələkbər Sabir

ساخت وبلاگ

Formanın müqəddəs sirri - Mirzə Ələkbər Sabir

Cavanşir Yusifli,
filologiya elmləri doktoru


1

Şair təkcə öz dövründə oxunmur, dünyadan köçdüyü nöqtədən şəxələnib eyni zamanda keçmişə və gələcəyə yollanır, bu səfər marşrutunda yollar kəsişdikcə yeni perspektivlər yaranır, bu mənada Seyid Əzimin kitabı keçmişin mətnlərinə qarışdığı kimi (bu gün həmin o keçmişin mətnlərini məhz bu qarışma prosesinin sayəsində fərqli şəkildə oxuya bilirik, fərqsə getdikcə artır…) gələcək üçün də suallar yaradır, gələcək məhz bu suallar əsasında qurulur, özünü tapır, düzəldiyini, tamamlandığını zənn edən kimi tez-tələsik Seyid Əzimi "arxivə" göndərir. Bu, yalnız virtual qatda mövcud olan ədəbiyyat tarixinin və deməli, həm də yaddaşın dəqiqəbədəqiqə yenilənən arxividir. Seyid Əzim bu arxivdə özündən sonra gələn bütün şairlərin, hər kəsdən öncə Sabirin dilində oxunur, izah edilir, özü də bilmədən Sabir ona həm lirika, həm də satira sahəsində şərhlər yazır, baxmayaraq ki, Sabir bu sahədə Seyidlə olduğu kimi, Füzuli ilə də qovğada və oppozisiyadadır. 

ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 247 تاريخ : چهارشنبه 1 اسفند 1397 ساعت: 21:36