Cəlil Məmmədquluzadə “Satirik atalar sözləri”

ساخت وبلاگ

Cəlil Məmmədquluzadə “Satirik atalar sözləri”

Xalqımızın avamlığına acıyan Mirzə Cəlil onu düşündürən məqamları atalar sözləri ilə deməyi sevirdi. Amma onun atalar sözləri bir az fərqli idi. Belə ki, camaat həmişə eşitdiyi atalar sözlərini Mirzənin dilindən daha fərqli formada eşitməyə adət etmişdi. Həmin atalar sözlərindən bəzilərini təqdim edirəm:

Atı atın yanında bağlasan-xan görüb deyər: Birini bağışla mənə.

Ata malı olan yerdə özün qazandığın haramdır.

Adamın ölümü bikarların bayramıdır.

Ata və arvada etibar etmə- hər ikisini qat tövləyə və qapısını bağla.

Ac toyuq yuxusunda plov görər.

Aclıqdan kimsə ölməz- qələt eləyir, çörək vermə.

Açıq kağız ac qalmaz- küçələrimizin tozuna Allah bərəkət versin.

Axşamın işini sabaha qoy, sabahın işini axşama.

Adam yata- yata alim olur.

Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.

Anlayana da qul ol, anlamayana da.

Olacağa çarə yoxdurz. qoy hər nə olacaq olsun.

Ölüdən şeytan da əl çəkər, arvadlar əl çəksə.

Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.

Uşağın şüurlusu dərsdən qaçar.

Plovun yağlısını yeyən yaxşı fatihə verər.

At at ilə boğuşar, hökümətin işi rast gələr.

Eşşəyə gücü çatmır, müsəlmanı taptayır.

İşləmək adamı puça çıxardar.

İşsızlik dövlətlilik açarıdır.

İkiarvadlı ev bərəkətli olar.

Başladığın işi yarıda qoy.

Qaynaq: yazar.in

ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 251 تاريخ : سه شنبه 29 آبان 1397 ساعت: 22:17