Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi

ساخت وبلاگ

Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi

Baba Məhərrəmli
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, 
filologiya üzrə fəlsəfə doktoru, dosenti

XX əsrin əvvəllərində Azərbaycan mətbuatında ədəbi dil uğrunda mücadilə gedirdi. Bu mücadilənin önündə dayanan ziyalılarımızdan biri böyük yazıçı, dramaturq, şair, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə idi.
Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının ən nəhəng nümayəndələrindəndir. Onun əsərləri Azərbaycan ədəbiyyatının parlaq incilərindəndir. Cəlil Məmmədquluzadə irsinin görkəmli tədqiqatçısı, akademik İsa Həbibbəyli haqlı olaraq Cəlil Məm-mədquluzadəni "Azərbaycan milli istiqlal ədəbiyyatının sərkərdəsi" adlandırır.
XX əsrin əvvəllərində milli mətbuatda Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd Cavad, Üzeyir Hacıbəyli və digər ziyalılar ana dilinin müdafiəsinə qalxmışdılar. Çünki həmin dövrdə Azərbaycan ədəbi dilinin statusu dəqiq müəyyənləşdirilməmişdi. Bir çox ziyalılar osmanlı türkcəsini ədəbi dil statusunda görürdülər.

ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 186 تاريخ : شنبه 9 آذر 1398 ساعت: 16:04