
Cəlil Məmmədquluzadə və ana dili
Cəlil Məmmədquluzadə çoxsahəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir. Və fikrimizcə,sənətkarın bu əbədiyaşarlığın təminatçısı, novatorluğun ən bariz nümunəsi kimi meydana çıxan yaradıcılığında - istər ədəbi, istərsə də ictimai fəaliyyətində mədəniyyət tariximizdə bir çox ilklərə imza atmasıdır. Ölkəmizdə ilk muzeyin- diyarşünaslıq muzeyinin açılması, Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.
ملانصرالدین (Molla Nsrddin)...ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال میکنید
برچسب: نویسنده: بازدید: 254