
“Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir”, – deyən ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti, mənəviyyat mənbəyi hesab edirdi. Cəlil Məmmədquluzadənin redaktorluq etdiyi “Molla Nəsrəddin” jualı da xalqla, xalqın həyatı ilə, onun arzuları ilə sıx bağlı idi. Çünki Mirzə Cəlil həyatı boyu xalqımızın xoşbəxtliyi uğrunda mübarizə aparıb. Onun felyetonları, hekayə və şeirləri ayrı-ayrı şəxslərin tale və gələcəyindən deyil, bütöv bir xalqın taleyindən, gələcəyindən bəhs edir. “Cəlil Məmmədquluzadə öz yaradıcılığı, əsərləri, publisistikası, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır, – deyən ulu öndər Heydər Əliyev Mirzə Cəlilin öz xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirirdi.
ملانصرالدین (Molla Nsrddin)...ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال میکنید
برچسب: نویسنده: بازدید: 198