Cəlil Məmmədquluzadə. "Buz"

Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Haçı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkim var idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.
Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; Məşədi Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərsə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi.
ملانصرالدین (Molla Nsrddin)...ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال میکنید
برچسب: نویسنده: بازدید: 180