Saqqallı uşaq

ساخت وبلاگ


Saqqallı uşaq

Cəlil Məmmədquluzadə

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.
Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqsan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.
İndi keçək nağılımıza.
Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyirlər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.
Xoşuma gəlmədi, çağırdım uşaqları:
- Ədə, genə divarları yazırsınız?
Üçü gəldi durdu yazının qabağında.
- Hansınız yazmısınız?
Üçü də dandı.
- Elədə pəs şeytan yazıb?
- Dədə, vallah mən yazmamışam.
- Dədə, mən də yazmamışam.
Balaca Qurban da “mən yazmamışam” deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.
Mən deyinə-deyinə bir əski tapıb yazıntı təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: - Sən yazmısan. - Teymur da Heydərə deyirdi: - Sən özün yazmısan.
Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir böyük xəbər gətirib.
- Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.
Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı əllərini soxa uşağın gözünə.
Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:
Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?
Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:
- Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.
Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:
- Dədə, bunu kim yazıb?
Dedim:
- Balalarım bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təvafütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.
Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmaqlarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.

ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 183 تاريخ : چهارشنبه 8 آذر 1396 ساعت: 12:18